“HAYAT GROUP”MMC-nin keyfiyyət sahəsində siyasəti
“HAYAT GROUP”MMC-nin keyfiyyət sahəsində fəaliyyəti:
- Ağır yol-tikinti və kənd təsərrüfatı texnikalarının satışı və servisi sahəsində standartların tələblərinə cavab verən keyfiyyətli xidmətlərın təmin edilməsi;
- Bina və qurğuların tikinti-quraşdırma işləri sahəsində standartların tələblərinə cavab verən keyfiyyətli xidmətlərın təmin edilməsi;
- Ağır yol-tikinti və kənd təsərrüfatı texnikalarının satışı və servisi sahəsində müştərilərin ehtiyaclarına cavab verən keyfiyyətli xidmətlərin təqdim edilməsi və xidmətlər zamanı müştəri məmnuniyyətinin təmin edilməsi;
- Bina və qurğuların tikinti-quraşdırma işləri sahəsində müştərilərin ehtiyaclarına cavab verən keyfiyyətli xidmətlərin təqdim edilməsi və xidmətlər zamanı müştəri məmnuniyyətinin təmin edilməsi;
- Şirkətdə qüvvədə olan Keyfiyyəti idarəetmə sisteminin ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001:2015 “Ətraf Mühitin İdarəedilməsi Sistemi”, ISO 45001:2018 “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” beynəlxalq standartlarının tələblərinə müvafiq olaraq daim təkmilləşdirilməsi;
- Şirkətin biznes proseslərinin effektivliyinin artırılması və bunların nəticəsi kimi, onların və xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması;
- Keyfiyyət sahəsində siyasətin daimi yararlılığın təhlil edilməsi;
- Şirkətin fəaliyyətini əks edən maliyyə göstəriciləri sisteminin tətbiq edilməsi;
- Şirkətin bütün işçilərinin bilik səviyyələrinin və peşə ixtisaslarının fasiləsiz artırılması;
- Şirkətin hər bir əməkdaşının öz iş metodunun keyfiyyətinə və təkmilləşdirilməsinə məsuliyyətli yanaşması;
- Keyfiyyət sahəsində siyasətin şirkətin məqsədləri ilə uyğunluğu;
- Şirkətinin keyfiyyət sahəsində siyasətini bütün əməkdaşların məlumatlandırılması.
“HAYAT GROUP”MMC-nin keyfiyyətli idarəetmə sisteminin əhatə dairəsi istiqamətində xidmətləri üzrə öhdəliklər:
- Xidmətlərin yaxşılaşdırılması, onların keyfiyyətinin artırılması, təkmilləşdirilməsi;
- Xidmətlərinin tətbiq edilməsi və keyfiyyətinə nəzarət üsullarının inkişaf etdirilməsi;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar tələb olunan tədbirləri vaxtında həyata keçirilməsi və sənədləşdirmədə müvafiq düzəlişlərin aparılması;
- Xidmətlərin hazırlanmasında həm də biznes proseslərinin effektivliyinin və keyfiyyətinin artırılmasına kömək edən texniki yeniliklərdən və aparıcı texnologiyalardan istifadə edilməsi;
- İşlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınması məqsədilə, iş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi;
- Təhlükələrin aradan qaldırılması, sağlamlıq və texniki təhlükəsizlik üzrə risklərin azaldılması;
- Ətraf mühitin qorunması, o cümlədən çirklənmənin qarşısının alınması və şirkətin konteksti nöqtəyi nəzərindən digər konkret öhdəliklərin yerinə yetirilməsi;
- Şirkətin fəaliyyət sahəsində mövcud və potensial ehtiyaclarının daim öyrənilməsi və təkmilləşdirilməsi.
Keyfiyyət sahəsində müştərilərimiz, partnyorlarımız və cəmiyyət qarşısında öhdəliklər:
- Şirkətin fəaliyyət sahəsində əhalinin, müştərilərin və partnyorlarımızın maarifləndirilməsi, ehtiyaclarının ciddi analiz edilməsi və həmin ehtiyaclara görə təkliflərin təqdim edilməsi;
- Xidmətlərimizlə əlaqədar əhalinin, müştərilərin və partnyorlarımızın suallarına operativ cavab verilməsi, onların xidmətlərimizdən istifadə edə bilmələrinin təşkil edilməsi və yaranan problemlərin vaxtında həll edilməsi;
- Müştərilərimizə təklif etdiyimiz xidmətlərin müəyyən edilmiş tələblərə uyğun olmasının təmin edilməsi.